Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək

 

Noyabrın 9-da Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək.

“Demokratikmusavat.com ”  xəbər verir ki, “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” Sərgi-Kompleksində (XTNS) “Azərbaycan” pavilyonunda Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş özəl film nümayişi keçiriləcək.

Real hadisələr əsasında çəkilən film Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüsseri Arzu Əliyevadır.

Filmdə müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı təfərrüatları, əməliyyat iştirakçıları ilə müsahibələr, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə çəkilmiş eksklüziv kadrlar öz əksini tapıb.

Tamaşa Azərbaycan dilində keçiriləcək.

0.14644002914429