“Şuşada olduğuma görə sevinirəm”.
Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ 30 ildən sonra işğaldan azad eidlib:
“Fürsətdən istifadə edib şəhidlərimizi yad edirəm. Bütün dünya Azərbaycanla paylaşdığımız müdafiə sənayesi məhsullarının bacarığının şahidi oldu”.
F.Oktay bildirib ki, Şuşanın “Qarabağın ürəyi” adlandırılması təsadüfi deyil.