Almaniya liderinin Çində başına gələnlər: müzakirələrə səbəb oldu

 

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Almaniya kansleri Olaf Şolts ilə görüşüb.

Demokratikmusavat.com Xinhua-ya istinadən xəbər verir ki, Almaniya lideri Çinə bir günlük səfərdədir.

KİV-in məlumatına görə, Si Cinpin deyib ki, Çin və Almaniya dünya sülhü üçün “dəyişikliklər və təlatümlər dövründə” daha çox birlikdə çalışmalıdırlar.

Qeyd olunur ki, iki liderin görüşü Çində koronavirusla bağlı ciddi məhdudiyyətlər fonunda baş tutub. Belə ki, Çin lideri qoruyucu maskasız Şolzla salamlaşsa da, həmkarı ilə əl sıxmayıb.

Bundan əlavə, Almaniya kanslerinin təyyarəsi dərhal Cənubi Koreyaya uçmağa məcbur olub. "Əks halda ekipaj Çində karantində qalmalı olacaqmış. Almaniya Nazirlər Kabinetindəki mənbə belə deyib. Bu isə dünya mediasında müzakirələrə səbəb olub.

Mürtəza
Demokratikmusavat.com

 

0.17423796653748