Bolqarıstan parlamenti Ukraynaya hərbi yardımı təsdiqlədi

 

Bolqarıstan parlamenti Ukraynaya hərbi yardımın göndərilməsini təsdiqləyib. Yerli hökumət bir ay ərzində Ukraynaya hansı növ silahların göndəriləcəyinə və bunun Bolqarıstanın müdafiə qabiliyyətinə zərər vurub-vurmayacağına qərar verəcək.

"Demokratikmusavat.com" xəbər verir ki, Ukraynaya bu cür yardımın göndərilməsinin lehinə 175 deputat, əleyhinə isə 49 parlament üzvü səs verib, 1 nəfər bitərəf qalıb.

Bolqarıstan indiyədək öz obyektlərində Ukrayna hərbi texnikasını təmir etməyə razılıq verib, lakin ölkə Prezident Rumen Radev və bəzi siyasi partiyaların etirazları səbəbindən hərbi yardım göndərməyib.

0.52197504043579