İranda etirazçılarla toqquşmalarda polislər yaralanıb, ölənlər var

 

İranın paytaxtı Tehranda polislə etirazçılar arasında toqquşmalar zamanı 10 polis əməkdaşı yaralanıb.

Demokratikmusavat.com xəbər verir ki, yaralılardan bir çoxunun vəziyyəti ağırdır.

“Associated Press” isə qeyd edib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında ölənlər ola bilər. Agentlik İran dövlət mediasına istinadən azı iki nəfərin öldüyünü və mediada polis maşınına hücumun fotolarını yaydığını bildirib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə polis helikopterinin etirazçılar üzərində dövrə vurduğu görünür.

Xatırladaq ki, etiraz aksiyası nümayiş zamanı güllələnən 22 yaşlı Hədis Nəcəfinin ölümünün 40-cı günündə səhər saatlarında başlayıb.

0.15837812423706