Ukraynanın 2023-cü il büdcəsi qəbul edildi

 

Ukrayna Ali Radası gələn ilin dövlət büdcəsi haqqında qanun qəbul edib. Sənəddə rekord həcmdə kəsir nəzərdə tutulub.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bildirib.

“Parlament 2023-cü ilin dövlət büdcəsi layihəsini ikinci oxunuşda qəbul etdi və ümumilikdə bu, Ukrayna tarixində ən erkən büdcə qəbulu üzrə rekorddur. İndi ümid edirik ki, beynəlxalq tərəfdaşlar punktuallığımızı qiymətləndirəcək və yenə də record olan 38 milyard dollarlıq büdcə kəsirini tam şəkildə maliyyələşdirəcəklər”, - o teleqram kanalında yazıb.

Y.Jeleznyakın sözlərinə görə, 295 deputat sənədin qəbulunun lehinə səs verib, “əleyhinə deyən olmayıb, 35 deputat isə bitərəf qalıb.

Ali Radanın Büdcə Komitəsinin məlumatına görə, 2023-cü il dövlət büdcəsinə əsasən, dövlət borcunun yuxarı həddi 6,42 trilyon qrivenə (təqribən 172,7 milyard ABŞ dolları) qədər artırılıb ki, bu da növbəti il ​​üçün ÜDM-in proqnozlaşdırılan səviyyəsinin (6,27 trilyon qriven və ya 169 milyard ABŞ dolları) 102,3%-ni təşkil edir. Sənəddə ölkədə ÜDM-in 3,2%, istehlak qiymətlərinin isə 28% artacağı ehtimal edilir.

0.19646906852722