İmran Xana qarşı sui-qəsddə bir nəfər ölüb

 

Pakistanın keçmiş baş naziri İmran Xana qarşı Qucranvala rayonunda sui-qəsd nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

"Demokratikmusavat.com" xəbər verir ki, İmran Xan sağ ayağından aldığı yara ilə Lahordakı xəstəxanaya aparılıb.

Həkimlər siyasətçinin həyatına təhlükə olmadığı qənaətindədirlər.

Sui-qəsdə cəhd edən şəxs saxlanılıb, onun kimliyi açıqlanmır.

Xatıraladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.

0.17337203025818