Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Görüşdə Ukraynadakı vəziyyət və taxıl müqaviləsi müzakirə edilib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Görüşümüz zamanı Ukraynadakı vəziyyəti və taxıl sövdələşməsini müzakirə etdik. Problem cənab Prezidentin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red) rəhbərliyi ilə həll olundu. 20 gündən sonra taxıl müqaviləsi uzadılmalıdır. Biz onun (sazişin-red) fasiləsiz işini təmin etmək üçün səylərimizi davam etdirəcəyik”, - Çavuşoğlu deyib.