Maşın yeni prezidentin əleyhdarlarının üstündən keçdi – Braziliyada (VİDEO)

 

Braziliyanın yeni prezidenti Lula da Silvaya qarşı keçirilən mitinqdə qalmaqallı anlar yaşanıb.

Demokratikmusavat.com xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı avtomobil anidən Jair Bolsonaronun tərəfdarlarının üzərinə sürərək onları vurub.

Yayılan görüntülərdə naməlum şəxs nəqliyyat vasitəsi ilə yerli polisin mühafizə etdiyi izdihamın üzərinə şütüyüb. Bundan sonra insanlar cinayətkarı tutub linç etmək üçün maşına qaçırlar.

Qeyd edək ki, Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silva qalib gəlib. Jair Bolsonaro isə yeni dövlət başçısının sələfi idi.

Fidan
Demokratikmusavat.com

0.15248394012451