Bayramov, Mirzoyan və Blinken görüşəcək

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinkenlə gözlənilən görüş barədə açıqlama verib.

"Bir neçə gündən sonra mən Vaşinqtona gedəcəyəm, orada Bayramov və Blinkenlə üçtərəfli görüş keçiriləcək", - Mirzoyan Ermənistan parlamentində çıxş edərkən deyib.

Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin, İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə keçirilən görüşdə Cənubi Qafqazda vəziyyətin tənzimlənməsi zamanı güc tətbiq etməkdən və ya onun tətbiqi hədəsindən çəkinmək barədə razılığa gəliblər. .

Ermənistan və Azərbaycan arasında hələlik sülh müqaviləsi yoxdur, onun komponentləri barədə danışmaq hələ tezdir, Putin üçtərəfli danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Elvin

0.17821097373962