ANAMA-da qaynar xətt yaradıldı

 

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat verir ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin “805” nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

Bu barədə Demokratikmusavat.com a ANAMA-nın Mətbuat Xidmətindən bildirilib.

"“Qaynar Xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir", - məlumatda qeyd olunub.

0.19634389877319