Erməni politoloq: Rusiyanın Azərbaycan və Türkiyəyə təsiri getdikcə azalır və...

 

Soçi görüşü Rusiyanın Azərbaycan və Türkiyəyə təsirinin getdikcə azaldığını göstərdi.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Ekspert bunu Ukrayna hadisələri ilə izah edib.

Onun fikrincə, Azərbaycanın yeganə güzəşti rus qoşunlarının mövcudluğu məsələsi olub.

“Lakin bu məsələdə vaxt bəlli deyil. Moskva göstərir ki, o, əsas vasitəçi deyil və artıq postsovet məkanı ölkələrinə öz iradəsini diktə edə bilməz. İndi sual Qərbdə nəyin təklif olunacağıdır”, - Danielyan əlavə edib.

Erməni politoloq hesab edir ki, Rusiyanın hazırkı durumda vəzifəsi öz qoşunlarını Qarabağ və Ermənistanda qalmasını təmin etməkdir.

Politoloq qeyd edib ki, Cənubi Qafqaz həm Şimali Qafqaz, həm də Mərkəzi Asiya baxımından Moskva üçün çox vacib regiondur.

“Bu regionda Türkiyə və Rusiya ilə yanaşı İran üçüncü əsas oyunçuya çevrilib, yaranan boşluğu Moskvanın rolunun azalması ilə doldurmağa çalışır”, - o vurğulayıb.

Danielyan Paşinyanın Rusiyadan dərhal İrana getməsini təsadüfi hesab etmir. 

“İran üçün Türkiyə-İsrail-İngiltərənin Azərbaycanda olması ekzistensial əhəmiyyət kəsb edir. Ermənistanın ərazi bütövlüyü bu gün İranın maraqları əsasında qorunur. Amma Qərbin maraqları Moskva və Tehranın maraqları ilə ziddiyyət təşkil edir. Qərbin burada maraqları Türkiyə, Azərbaycan, İngiltərənin maraqları ilə üst-üstə düşür. Qərb proqramı həyata keçirən və Mərkəzi Asiyaya qədər olan məkanda onun iqtisadi və geosiyasi maraqlarını həll etməyə çalışan Türkiyə və Azərbaycanı dəstəkləyir”, - deyə ekspert yekunlaşdırıb.

Mürtəza
Demokratikmusavat.com

0.20483708381653