DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxdı

 

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxladığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.

Demokratikmusavat.com -ın  məlumatına görə, nazir müavini hazırda vəzifəsini icra edir.

Nazirliyin elə həmin gün saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində isə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir. 

0.20929908752441