Mask “mavi tık”ın qiymətini açıqladı

 

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask tviterdə “mavi tık” üçün qiyməti açıqlayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, o, bu haqda tviter hesabından açıqlama verib.

Mask “mavi tık” üçün ayda 8 dollar ödənəcəyini bildirib. O, sözügedən qiymətin ölkələrin alıcılıq qabiliyyətinə görə tənzimlənəcəyini qeyd edib.

Mask bildirib ki, aylıq 8 dollar ödəməklə cavab vermək, axtarışı qeyd etmək və prioritetləşdirmək, daha uzun video və ya audio faylları paylaşmaq imkanı da olacaq.

0.19067406654358