Bakı imkan verməyəcək, Azərbaycan Ordusu Xankəndiyə daxil olacaq – Markovdan açıqlama

 

Rusiya Paşinyanın “qələmini sındırmaq” göstərişi verib, bununla da artıq Ermənistanda hakimiyyət dəyişikliyinə start götürüb. Xankəndi mitinqindən sonra Ermənistandakı Rusiyaya bağlı siyasi qüvvələr noyabrın 5-dən etibarən İrəvanda hakimiyyət əleyhinə etiraz aksiyalarına başlayacaq. Hərbi cani, sabiq prezident Robert Köçəryan da noyabrın 5-də İrəvanda təşkil olunacaq aksiyada iştirakını bəyan edib.

Artıq rusiyalı politoloqlar da bunu açıq mətnlə bəyan edirlər.

“Demokratikmusavat.com ” xəbər verir ki, rusiyalı politoloq Sergey Markov Soçi görüşündən sonra gözlənilən hadisələrlə bağlı diqqətçəkən fikirlər səsləndirib. 

Onun sözlərinə görə, Azərbaycan təbii olaraq Ermənistandan heç bir ilkin şərt olmadan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını tələb edəcək. 

“Əks halda, üç ildən sonra Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatanda Bakı onların fəaliyyətinin uzadılmasına imkan verməyəcək və onlar getməli olacaqlar. Bundan sonra Azərbaycan ordusu sakitcə Qarabağa daxil olacaq. Ermənistan ordusu bunun qarşısını ala bilməyəcək, çünki o, sadəcə olaraq buna qadir deyil, müharibədə verdiyi məğlubiyyətdən və itkilərdən özünə gəlməyib. Onu da əlavə edək ki, ordunun yenidən təşkili üçün heç bir iş görülməyib və Ermənistan hakimiyyətinin Qarabağa yenidən hərbi yardım göndərməyə belə cəsarəti yoxdur”, - o qeyd edib.

Markov əlavə edib ki, Paşinyan bütün bunları başa düşür və Bakının planlarını pozmaq üçün mümkün olan hər şeyi etməyə çalışacaq: “Bu səbəbdən o, Rusiyanı ən azı Rusiya üçün dost olmayan ölkələr olan Avropa Birliyi, Fransa və ya ABŞ-la əvəzləməyə çalışacaq. Yəni Paşinyan Rusiya ilə Qərb arasında ziddiyyətlər üzərində oynamağa çalışacaq. Təbii ki, Moskva da bilir ki, Paşinyan belə “oyunlar” oynaya bilər və ola bilsin ki, yaxın vaxtlarda Paşinyanı daha çox rusiyapərəst biri ilə əvəzləməyə çalışsın”.

 

0.25201487541199