"Ukrayna limanlarından humanitar dəhlizlə taxıl ixracı bərpa edilib".
Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə “taxıl sazişi”ni müzakirə etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov vurğulayıb: "Taxıl sazişi”nin icrası davam edir, noyabrın 3-də Ukrayna limanlarını ərzaqla daşıyan 8 gəmi tərk edəcək.