Əlcəzairə səfər Azərbaycanın maraqları baxımdan mühüm əhəmiyyət kəsb edir-Açıqlama

 

Azərbaycan Prezidenti İlham Əliyevin  Qoşulmama Hərəkatının sədri kimi  Əlcəzairə səfəri və  Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən Sammitində iştirakı çox böyük mühüm əhəmiyyət daşıyan  tarixi səfərdir. 

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, səfərin Əlcəzairə Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etməsidə təsadüfü xarakter daşımır. “Bu səfəri bəzi Avropa ölkələrinin,  xüsusən də Fransanın  yürütdüyü siyasətə cavab reaksiyasi kimi  dəyərləndirmək lazımdır. “ Cənab Prezidentin  “Milli Mücahid Muzeyi”ndə yazdığı xatirə kitabına ifadələr bu gün dünyaya  insan haqlarından, qanunun aliliyindən “dərs keçməyə” çalışan Fransaya  və onun yürütdüyü  müstəmləkəçilik siyasətinə layiqli cavab idi. Çünki zamanında Fransa müstəmləkəçilik siyasəti nəticəsində təkcə Əlcəzairdə öz azadlığı, hüquqlaır uğrunda  mübarizə aparan  1,5 milyon insanı amansızcasına qətlə yetirib. Bu siaysət nəticəsində on minlərlə insa öz yurdundan didərgin düşüb.  Azərbaycan Prezidenti təsadüfən xatirə kitabına “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir” qeyd etməyib. Bu bir daha Fransanın keçmişini xatrılatmaq və onun ifşa etməsi  baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki Fransa bu gündə başqa formalrda  bu siyasətini davam etdirməkdədir.  Fransanın “kiçik bacısı” hesab etdiyi Ermənistanın Azərbaycana qarşı soyqırım, işğalçılıq siyasətini dəstəkləməsi və  buna təşviq etməsi dediklərimizin bariz nümunəsidir”- o qeyd edib.

Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın Azərbaycana qarşı yürütdüyü  işğalçılıq siyasəti ilə paralellər aparan deputat bildirib ki,  Parisin ermənipərəst siyasətinin kökündə günümzdə də bu yanaşma dayanır: “Ərazi baxımdan Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina edən Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir. Bu  gün Fransa yenə də dövlət siyasəti səviyyəsində Ermənistanın Azərbaycan ərazisində  insanlıq əleyhinə törətdiyi cinayətləri, soyqırım, işğalçılıq siyasətini dəstəkləyir. Ermənistanın 30 ildə yürütdüyü işğalçılıq,soyqırım siyasəti Fransanın Əlcəzairdə həyata keçirdiyi siyasətlə eynilik təşkil edir. Lakin özünü dünyada insan haqlaırnın müdafiəçisi, demokratiyanın carçısı hesab edən Fransa riyakarlıq edərək demokratiya adı altında pərdələnməkdədir”.

Deputat əlavə edib ki,  cənab Prezident   hər zaman  bütün  beynəlxalq tribunalardan və xarici ölkələrə səfəri zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. “Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi Ərəb Dövlətləri Liqasının sammitində iştirakı və çıxışı Azərbaycan həqiqətlərinin, Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin və vəhşiliklərinin dünyaya çatdırmaq baxımdan çox böyük əhəmiyyət kəsb edir. 

Qoşulmama Hərəkatının təməl prinsiplərini müstəmləkəçiliyə qarşı mübarizə, azad, müstəqil yaşamaq üçün mücadilə aparan, zülmün istibdadın qarşısında, haqq-ədalətin yanında olan xalqların həmrəyliyi, birliyi təşkil edir. 

Azərbaycanın dünyada baş verən çox  mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir zamanda Qoşulmama Hərəkatına sədrlik etdiyi bir zamanda üzərinə düşən vəzifəni tam məsuliyyəti ilə dərk edib, onu layiqincə həyata keçirməkdədir. Azərbaycan Qoşulmama Hərkatına rəhbərlik etdiyi müddət ərzində təşkilatın beynəlxalq aləmdə daha ciddi bir təşkilat kimi  fəaliyyət göstərməsi, üzv ölkələrin maraqlarının təmin edilməsi  istiqamətində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Məhz bunun nəticəsi olaraq Azərbaycanın təşkilata rəhbərliyi  daha bir il müddətinə uzadılıb. Əminəm ki, cənab Prezident yürütdüyü  uzaqgörən siyasəti nəticəsində Azərbaycan qarşısında duran bütün hədəflərə nail olacaq və ölkəmiz dünynın ən nüfuzlu ölkələrindən birinə çevriləcək”- deyə, o bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.19515299797058