Aptekdən spirt alıb içdilər, sərxoş olan dostunu sürüyüb parkda öldürdü

 

Sumqayıt şəhərində dostunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Xəyal Abbasovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Demokratikmusavat.com" xəbər verir ki, Xəyal Abbasov Emin Nuriyevlə birlikdə Sumqayıtda parkda yeyib-içdikdən sonra mübahisə ediblər. X.Abbasov mətbəx bıçağı ilə E.Nuriyevə 8 bıçaq zərbəsi endirib. Emin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı şəhər prokurorluğunda X.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində o, saxlanılaraq istinataq təhvil verilib.

"Demokratikmusavat.com" -ın əldə etdiyi məlumata görə, iş üzrə dindirilmiş Xəyal Abbasov ifadəsində göstərib ki, şəhərin 2-ci məhəlləsində yaşayan Emin Nuriyevlə tez-tez görüşüb birlikdə spirtli içki qəbul ediblər. Eminin arvadı dəfələrlə içki qəbul etdikləri yerə gəlib onunla dalaşıb. Ərini evə aparmağa cəhd edib. Dostunun belə hərəkətlərinə yoldaşı ondan boşanıb. 

İyunun 11-i saat 24:00 radələrində Bələdiyyə parkında dostu ilə görüşüb. Marketdən alıb içdikləri araq onlara istədikləri kimi təsir etmədiyi üçün dayanacağın yaxınlığınıda apketdən 4-5 ədəd spirt alıblar. Həmin spirti də suya qatıb təxminən saat yarım ərzində içib qurtarıblar. Spirtin təsirindən Emin dayanacaqda yerdə uzanıb hərəkətsiz vəziyyətdə olub. Yoldan keçən insanlar onu görüb qorxaraq küçənin digər tərəfində keçiblər. 

Saat 5 radələrində hava işıqlananda köşkün qarşısında iki nəfər Eminin hərəkətlərinə irad tutaraq onu ordan kənarlaşdırmağı xahiş ediblər. Elə bu vaxt polis əməkdaşlarıda yaxınlaşaraq onlara küçədə səs-küy yaratdıqları üçün iradlarını bildiriblər. Bölməyə aparacaqlarını deyib maşına minməyi təklif edəndə, Xəyal Emini ərazidən uzaqlaşdıracağını söz verib. Emin ağır vəziyyətdə sərxoş olduğundan ayaq üstə dayana bilməyib. Onu sürüyərək yolun əks tərəfində olan parka aparıb ağacların arasında torpağın üstünə uzadıb. 

Dostu onu sürüyərək parka apardığı üçün Xəyalı söyməyə başlayıb. Bundan əsəbiləşən Xəyal evdən gətirdiyi bıçaqla kürəyi üstə uzanmış Eminin qarın nahiyəsinə dəfələrlə zərbələr vurub. Eminin bədənindən təzyiqlə qan axdığı üçün artıq onun öldüyünü fikirləşib bıçağı şalvarının kəmərinə keçirərək hadisə yerindən qaçıb.

Həmin vaxt onları görən olmayıb. 

Xəyal Abbasov ifadəsinin davamında bildirib ki, hadisədən sonra yolun əks tərəfinə keçərək taksiyə minib və evə gedib. Qana bulaşmış bıçağı və əl-üzünü yuyub. Evdə hamı yatsa da, qışqıraraq adam öldürdüyünü bildirib. 

Təxminən saat 10 radələrində yuxudan oyanıb. Meyitin hadisə yerində qalıb qalmadığını bilmək üçün parka yollanıb. Lakin cəsəd artıq orda olmayıb. Polis əməkdaşları yaxınlaşıb onu bölməyə aparıblar və orada Emin Nuriyevi qətlə yetirdiyini etiraf edib. 

Məhkəmə prosesi zamani Xəyal Abbasov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Xəyal Abbasov 16 il azadlıqdan məhrum olunub.

Natiq
Demokratikmusavat.com

0.1452009677887