Xarici aktorların Qafqaz regionuna istənilən müdaxiləsi problemləri həll etmək əvəzinə, daha da dərinləşdirəcək.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
“Şübhə etmirəm ki, Ermənistan nazirinin İran İslam Respublikasına səfəri iki ölkənin tərəqqisində dönüş nöqtəsi olacaq”, - Raisi bildirib.
O əlavə edib ki, Qafqaz regionunda təhlükəsizlik və sülh İran üçün çox önəmlidir: “Regional məsələlərin həlli eyni bölgəyə məxsus rəsmilərin iştirakı ilə olmalıdır”.
Mürtəza
Demokratikmusavat.com