Biz, nəhayət, emosional vəziyyətdən çıxmalı və əsas oyunçuların məqsədlərini başa düşməliyik. Məsələn, Qərbin regionla bağlı əsas məqsədi nədir? Qərbin əsas məqsədi Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaqdır. Və nə etmək lazımdır? Onlar üçün gərginlik nöqtələrini neytrallaşdırmaq lazımdır, yəni Qərb “Qarabağı Azərbaycana verin” deyir. Biz bu haqda açıq danışdıq, Frenk Pallonun üzündəki ifadəni də, Borrellin eyhamlarını da xatırlayırıq.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
“Qərb bizə hansı alternativ təklif edir? Deyir: get təslim ol, sağ qalacağına da biz zəmanət verərik”, - o bildirib.