Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilir

 

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.

Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.

Qeyd edək ki, üçtərəfli görüşdən öncə Vladimr Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

0.2364649772644