“Münaqişə onilliklərdir davam edir və onu hər hansı şəkildə başa çatdırmaq lazımdır”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya bunu dəstəkləyir: “İrəli getməyimizə imkan verəcək əsas məqamları tapmaq lazımdır”.
Putin Soçidəki danışıqların cari vəziyyəti müzakirə etmək üçün daha bir imkan olacağına ümid etdiyini qeyd edib: “Zənnimcə, hazırda ən vacibi sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır. Ümid edirəm ki, bu gün baş tutacaq görüşün yekununda irəli addım atmağa nail olacağıq”.