Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.
"Demokratikmusavat.com ” xəbər verir ki, telefon danışığında KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasına hazırlıq müzakirə edilib.
Qeyd edək ki, oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək. Sessiyada KTMT-nin Azərbaycan-Ermənistan sərhədindəki missiyasının işinin nəticələri müzakirə olunacaq.