Putin: "Ermənistana təklif etdik ki, beş rayonu qaytar, razılaşmadı"

 
“Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək”.
"Demokratikmusavat.com" "APA"-ya istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında deyib.
Putin qeyd edib ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib:
“Axı Ermənistan faktiki olaraq Azərbyacanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır. Onlar boş qalan rayonlardır, insanlar ordan gedib, faktiki olaraq həmin ərazilərdən qovulub. Onlar niyə saxlanılmalıdır? Bunun heç bir mənası yoxdur. Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür. Hesab edirik ki, qaçqınların ora qaytarılması ədalətli olardı. Bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunki vəziyyətə gətirib çıxardı”, - deyə Putin bildirb.
0.17636799812317