Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Bərdəyə raket hücumunun ikinci ildönümü ilə bağlı paylaşım edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov "Twitter" hesabında paylaşım edib.
"Oktyabrın 27-28-də fəal hərbi əməliyyatlar zonasından kənarda əhalinin sıx məskunlaşdığı hissəyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Biz bu müharibə cinayəti nəticəsində xaincəsinə öldürülənləri xatırlayır və hörmətlə anırıq", - nazir bildirib.