Xaçmazda qardaşını bıçaqlamaqda ittiham olunan Bəxtiyar Xalıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 7-nə təyin olunub.
Qeyd: Hadisə bu ilin iyununda Xaçmaz rayonunun İstisu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Bəxtiyar Xalıqov münaqişə zəminində qardaşı Ramiz Xalıqovu bıçaqlayıb. O, özündən 11 yaş böyük olan qardaşının döş qəfəsinə ağır xəsarət yetirib.
Hadisəni törədən B.Xalıqov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.