İran Azərbaycan siyasətinin formasının dəyişdirdi - IV yazı

 

 

Siracəddin Hacı:
İran molla diktaturasının Azərbaycan siyasətinin əsaslarını saydım, Azərbaycanı necə qorxutduğunu, qorxutmaqla nə qazanmaq istədiyi suallarına cavab verdim, İran hakimiyyətinin xarakterini, din anlayışını göstərdim, dedim ki, müasir İran artıq hərbi dövlətdir, iki gücün – geriçi mollaların, aqressiv əsgərlərin əlindədir.
- İrana hakim olan bu iki güc Putinə yaxındır, Putini Suriyanı işğal edərək zalım Bəşər Əsədi qorumağa yönəldən onlardır, deyirlər ki, Rusiya İranın strateji müttəfiqidir, biz bir-birimizi qorumalı, birgə hərəkət etməliyik;
- Mollalardan və əsgərlərdən ibarət İran hakimiyyətinin Azərbaycana baxışı ilə zalım Putinin Ukraynaya baxışı üst-üstə düşür, diktatorlar bir-birilərini qorumağa çalışırlar. Qeyd edim ki, Ukraynanı işğal hərəkatından sonra Rusiyada da hakimiyyət ordunun əlinə keçmiş, o, hakim mövqeyə yerləşmişdir: Putin rus imperatorluğunu, molla rejimi fars imperatorluğunu bərpa etməyə çalışır, Putin Ukrayna xalqı yoxdur deyir, molla rejimi Azərbaycan xalqı yoxdur deyir, Putin Ukrayna dövləti yoxdur, sünidir deyir, molla rejimi Azərbaycan dövləti yoxdur, qondarmadır deyir, Putin Ukrayna dili yoxdur deyir, molla rejimi Azərbaycan türk dili yoxdur deyir, Putin Avropa, NATO Ukraynaya gəlməsin deyir, molla rejimi Avropa Güney Qafqaza gəlməsin deyir, Putin Zelenski və komandası neofaşistdir deyir, molla rejimi İlham Əliyev sionistdir deyir, Putin Ukraynanı neofaşistlərdən təmizləyəcəyəm deyir, molla diktaturası Azərbaycan xalqını sionist rejimdən xilas edəcəyəm deyir, Putin Ukrayna xalqı qardaşımızdır deyir, onları öldürür, molla rejimi Azərbaycan xalqı şiə qardaşımızdır deyir, onu ölümlə təhdit edir, onun düşməni olan ermənilərə yardım göstərir. Putin rus xalqı ağa, başqaları kölədir deyir, molla rejimi fars xalqı ağa, o biriləri kölədir deyir..;
- İranda hakim olan bu iki gücün ən parlaq təmsilçisi Qasım Süleymanidir, İran hakimiyyəti onun əli ilə Suriya xalqının mübarizəsini iç savaşa çevirdi, minlərlə müsəlmanın qanını tökdü, ərəb baharının Suriyada uğur qazansa, İrana keçəcəyini gördü, milyardlar xərclədi, Suriya xalq hərəkatını boğdu, İraqın bəlasına çevrilmiş milis gücü də onların əlindədir, Yəmən xalqının faciəsinin səbəbi də İran molla diktaturası ilə Səudiyyə Ərəbistan molla diktaturasının çəkişməsidir...;
- İrana hakim olan bu iki güc nəyi bacramasa da, bunları əla bacarır, ustadır: ölkələrin içində qarışıqlıq yaratmaq, xalq hərəkatlarını boğmaq, müxaliflərə qarşı amansız olmaq, aldatmaq, güclü təbliğat sistemi qurmaq, ona qarşı çıxanları öldürmək, saxta din ixtac etmək, terror fəaliyyəti ilə məşğul olmaq;
- Böyük fars imperatorluğu iddiası və zülm İranı dünyadan, hakimiyyəti xalqdan uzaqlaşdırdı, İran xalqının heç bir sıxıntısı həll olunmadı, zülm xalqı yordu, haqlarını əlindən aldı, xalq hakimiyyətə inamını itirdi, onun qəzetlərini oxumadı, TV-lərinə baxmadı, radiolarını dinləmədi, dindən uzaqlaşdı, son prezident seçkilərində seçicilərin iştirak faizi 48, Tehranda isə 25 oldu, onların da çoxu yaşlılar idi, xalq əvvəllər İran İslam İnqilabı deyirdi, ümidləri var idi, sonra molla rejimi, daha sonra şeytan rejimi deməyə başladı, əvvəllər Amerikaya, İsrailə ölüm deyirdi, indi diktatora ölüm deyir, son 40 ildə İranda təxminən on ildən bir xalq etirazları olurdu, indi 2-3 ildən bir xalq üsyanları olur...;
Ardı var...

Demokratikmusavat.com

0.15655207633972