"YouTube" üçün yeni funksiyalar: Dizayn dəyişəcək

 

“YouTube” video platforması bir neçə yeniliyini təqdim edib. 

"Demokratikmusavat.com" "lent.az"-a istiandən xəbər verir ki, əsas yenilik videoları “pinch-to-zoom” funksiyası ilə böyüdərək izləyə bilməkdir. 

Əvvəllər bu funksiya Premium istifadəçilər üçün var idi. İndi isə tətbiqin bütün versiyaları üçün aktiv olacaq. 

Bundan əlavə, proqramın dizaynın dəyişdirilməsi üzrə də işlər gedir. Videolarda lazımi hissələrin asanlıqla tapılması üçün funksiyanın aktivləşəcəyi gözlənilir. 

Bir çoxların istifadə etdiyi “YouTube”un “Dark Mode” rejimi isə daha qara rəngli olacaq. Belə olan halda istifadəçi interfeysində baxılan videolara daha aydın şəkildə baxıla biləcək. “Share” , “Subscribe”, “Download” və “Like” bölmələrinin dizaynlarında da dəyişikliklər edilib. 

Qeyd edək ki, bu yeniliklər “YouTube”un Android və IOS istifadəçiləri üçün istifadəyə veriləcək. 

0.16056299209595