Paralel.az x ..."> Paralel.az x ...">

"Bu gün köşklər sanki xırdavat dükanlarıdır, qəzet, jurnal alan yoxdur"

 

"Bu gün yazıçıları da, jurnalistləri də maraqlandıran bir məsələ var: mətbuat yayım problemi".

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadə Azərbaycan Yazıçılar Birliyinin XIIIqurultayənda çıxışı zamanı deyib. O, xüsusilə paytaxt Bakıda köşklərdə jurnal və qəzetlərdə diqqət ayrılmamasından gileylənib:

"Bir roman, bir hekayə, bir şeir yazılarsa və bu, oxuculara çatdırılırmırsa, onun nə əhəmiyyəti olan bilər ki? Mətbuat yayımı yazıçı ilə oxucu arasında əlaqə deməkdir. Bu əlaqə olmadan yaradılan ədəbiyyat əhəmiyyətini itirir. Uzun illər mətbuata rəhbərlik edənlər ya bilərəkdən, ya da dərk etmədən və yaxud da öz şəxsi mənafeləri naminə bu əlaqəni xeyli zəiflədiblər.
Bakı şəhərinin hər tinində qəzet və jurnal köşkləri var. Bu köşklərdə nə desən satılır. Bunlar min yox, iki min xırdavat dükanlarıdır. Ən yaxşı hallarda qəzet və jurnallar əhəmiyyətsiz bir şey kimi bir kənara yığılıb. Bu, 3-4 milyonluq Bakı boyda bir şəhərin əhalisinin gözləri qarşısında baş verir. Rayonlarda vəziyyət daha acınacaqlıdır.

Bəs nə etməli? Əvvəla, hər bir ticarət şəbəkəsi öz təyinatı üzrə işləməlidir. İkincisi, ölkədə xeyli sayda kitabxanalar olmalıdır. Bu məsələlərə diqqət yetirilməlidir. Təhsil ocaqlarında da vəziyyət acınacaqlıdır. Nə jurnal, nə qəzet alırlar. Ədəbiyyat uşaqlara, xüsusən də gənclərə çatdırılmalıdır. Bu məsələ ilə ilk növbəti aidiyyəti idarələr məşğul olmalıdır. Xahiş edirəm ki, bu söylədiklərim qurultayın qəbul edəcəyi sənədə daxil edilsin",- deyə o əlavə edib.

Billurə Yunus

0.18961501121521