Dos. İlham Əhmədov:"Tərbiyə böyük işdir, insanın, ailənin, ölkənin taleyini o həll edir"

 
 Tərbiyə böyük işdirinsanınailəninölkənintaleyini o həll edir

Təlim və tərbiyə bir biri ilə sıx əlaqəli məsələlərdir. Tərbiyə təlimdən daha vacibdir (istər fərd, istərsə də cəmiyyət üçün olsun). Hələ ki, bu məsələlərin heç birində ciddi uğurlarımız yoxdur. Tərbiyə milli ideya, milli ideologiya ilə əlaqəli məsələdir. Bu gün məktəblərimizdə aparılan tərbiyə işi tərbiyə hansı ideologiyaya əsaslanır?
Hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da var. Gənc nəslin tərbiyəsi mütləq milli ideologiya əsaslanmalıdır.
İdeologiya cəmiyyətin maraqlarını, dünyagörüşünü və ideallarını ifadə edən konseptual ideyalar sistemidir. Milli ideologiya vətəndaş həmrəyliyi və ictimai ahəngdarlığı təmin edir, Hər tərəfdən düşmən ölkələrlə əhatə edilən kiçik dövlətin milli ideyası vətənpərvərlik olmalıdır, gənclər bu ruhda tərbiyə edilməlidir. Bizim milli ideyamız nədir?
Məktəb tərbiyə sistemini milli ideya və ideologiya bazasında qurmaq haqqında kim düşünməlidir görəsən? Bu işə biz 30 il əvvəldən başlamalı idik, indi yox. Əvvəlki təlim-tərbiyə sistemini uğurla dağıtdıq, əvəzinə heç nə qura bilmədik.
Bu arada Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumitəhsil müəssisələrində şagird davranış qaydaları” və“Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Bu sənəd cəmiyyət tərəfindənbir mənalı qarşılanmadı, ciddi müzakirə edilir, çünki bu sənədin hər bir ailəyə bu və digər mənada aidiyyətı var.

"Valideynlər uşaqlarını düzgün tərbiyə etməklə, ölkənin və dünyanın gələcək tarixini yaradırlar." (A.S. Makarenko).

Bəli, gənc nəslin tərbiyəsi hər bir ailənin, ümumən ölkənin gələcəyini təyin edir.
Mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyəsahib olacaq.
Son vaxtlar məktəblərdə baş verən neqativ hadisələr, cəmiyyətdə uzun müddət ərzində tərbiyə məsələlərininarxa plana keçirilməsi, daha doğrusu tərbiyə işininbaşlı başına buraxılması ilə əlaqədardır.
Şagird-müəllim münasibətlərinin neqativ xarakter alması, repetitorluğun kütləviləşməsi də məktəbdə tərbiyə işinə mənfi təsir edir.
Sovet dönəmində də bəzən məktəblərdə neqativ hadisələr baş verərdi, lakin bu hadisələr nadir hallarda olardı. İndi isə təəssüf ki, belə olaylar artıb.
Hər bir sistemin işinin səmərəsi bu sistemin sükanı arxasında olan kadrın peşəkarlıq səviyyəsindən asılıdır. Məktəblərə son vaxtlar direktor təyinatında səhvlərə yol verilir, pedaqoji təhsili və pedaqoji stajı olmayan insanların məktəblərə direktor təyin edilməsi halları olur. Məktəbin rəhbərliyi, məktəbin idarə edilməsi, ona nəzarət pedaqoqların əlində olmalıdır. Məktəbə, təhsiləaidiyyatı olmayan kənar şəxslərin rəhbər vəzifəyə gətirilməsi, təhsilə fəlakət gətirə bilər.
Hər peşənin öz sənətkarı var, hər sahənin idarəedilməsi bu sferada zəngin təcrübə qazanan kadrlara həvalə edilməlidir. Bu sadə həqiqəti dərk etməsək inkişaf olmaz. Pedaqoji təhsili və təcrübəsi olmayanlar məktəblərdə direktor kimi fəaliyyət göstərərsə, bu tərbiyə işini zəiflədər.
Vaxtı ilə TN-nin tərbiyə şöbəsi vardı, bu şöbə 2000-ci illərdə tərbiyə konsepsiyası hazırlamışdı. Amma sonralar bu konsepsiyadan deyəsən istifadə edilmədi.
Ümumən sovet illərində tərbiyəyə dair yazılmış kitablardan, tədqiqatlardan, konsepsiyalardan müstəqillik illərində istifadə etmək düz deyil. Çünki, cəmiyyətdə son 30 ildə çox şey dəyişdi, xüsusən dəgənclik dəyişdi. Müstəqillik illərində tərbiyə mövzusunda diqqət cəlb edən əsərlər az oldu, bu sıradayalnız tanınmış pedaqoq, rəhmətlik prof. Zahid Qaralovun 20 il əvvəl yazdığı "Tərbiyə" trilogiyasını qeyd edə bilərəm. Hələlik tərbiyəyə dair bu kitabdan başqa dəyərli nəsə başqa kitab xatırlamıram.
Tərbiyə məsələsinin zəifləməsinin digər səbəbi KİV, xüsusən telekanallarıdır. Elə verilişlər var ki, onabaxanda adam dəhşətə gəlir: mənasız mövzular, səviyyəsiz aparıcılar, ziyanlı verilişlər. Belə verilişlər gənclərin tərbiyəsinin pozulmasına xidmət edir. Maarifləndirici, idraki, vətənpərvərlik istiqamətində verilişlərimiz azdır.
Cəmiyyət bilməlidir ki, tərbiyə təhsildən üstündür.
"İnsanı əxlaqi yox, yalnız intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir." (Teodor Ruzvelt).

Uşaqların təhsil proqramlarını mənimsəməsi üçün valideynlər müxtəlif yollar axtarır, xeyli xərc çəkirlər, amma onların tərbiyəli olması barədə narahat olmurlar, sanki, tərbiyə problemi öz-özünə həll ediləcəkdir.
Repetitorluq kütləviləşəndən sonra şagirdlərin dərsə davamiyyəti zəiflədi, şagirdlər pul qarşılığında repetitordan bilik alacaqlarını düşünürlər, məktəbdə sistemli təhsilindən yayınırlar.
"İnsan təhsilinin əsasını orta məktəbdə alır ... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. (HeydərƏliyev).
Müəllimin nüfuzu da son onilliklər xeyli aşağı düşüb. Bir qisim müəllimlər şagirdlərə "müştəri" gözü iləbaxırlar. Şagird bunu hiss edir. Bu kimi mənfi hallar kompleks halda həm müəllim nüfuzunu, həm dəməktəbdə təlim-tərbiyə prosesinə mənfi təsir edir.

Bilməliyik ki, "Mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır” (Füyuzat jurnalından)

Demokratikmusavat.com

0.18956995010376