Müdafiə naziri macarıstanlı həmkarı ilə görüşdü

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

0.18503594398499