Qızının avtomobilində plastik qandal tapdı: səbəbini öyrənən ata özünə gələ bilmədi - VİDEO

 

ABŞ-da yaşayan kişi hər gün gecə 3 radələrində işdən evə qayıdan qızının avtomobilində qara plastik qandal bağlandığını görüb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, vəziyyəti başa düşməyən ata hadisəni polis olan qardaşına danışıb.

Həqiqətləri öyrənən ata uzun müddət özünə gələ bilməyib. Belə ki, polis qardaşı ona qara plastik qandalların adətən insan alveri ilə məşğul olan şəxslər tərəfindən edildiyini və qızın müdafiəsiz olduğunu göstərmək məqsədi daşıdığını deyib.

Polis həmçinin qardaşına bu qandalın insan alveri ilə məşğul olan şəxslərsin bir-birinə məlumat ötürmək üçün istifadə etdiklərini, qızın qaçırılma ehtimalı olduğunu bildirib.

Ailəyə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Fidan

0.15771198272705