“Liz Trass səhvlərə yol verib” – Yeni baş nazir

 

"Britaniya dərin iqtisadi böhranla üz-üzə qalıb. Pandemiyanın təsirlərini hələ də görürük".

Demokratikmusavat.com xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak bildirib. 

Onun sözlərinə görə, buna Rusiya Prezidenti Vladimir Putinin Ukraynada yaratdığı təhlükə də daxildir:

"Liz Trass dəyişiklik yaratmaq üçün həvəsli olub, amma bəzi səhvlərə yol verib. Məni bunları düzəltmək üçün çalışacam. Ölkəmizi sözlə deyil, əməllə birləşdirəcəyəm”,- yeni Baş nazir bildirib.

Xatırladaq ki, Liz Trass sentyabrın 6-dan oktyabrın 20-dək Baş nazir postunda olub. Daha sonra istefa verən Trassın yerinə oktyabrın 24-də Rişi Sunak seçilib.

0.18380284309387