Arvadını diri-diri yandırmaq istədi

 

Rusiyada, Çelyabinskdə münaqişə zamanı arvadına yanar maye töküb alışqanla yandıran yerli sakin mühakimə olunacaq. Nəticədə 21 yaşlı rusiyalı qadın ağır termiki yanıq alıb.

Milli.Az bildirir ki, bu barədə Çelyabinsk vilayətinin prokurorluğundan məlumat verilib.

İstintaqın məlumatına görə, yanvar ayında 29 yaşlı Çelyabinsk sakini mübahisə zamanı sərxoş vəziyyətdə arvadını diri-diri yandırmağa cəhd edib: o, arvadına tez alışan maye töküb və alışqanla yandırıb. 21 yaşlı həyat yoldaşının üzərindəki paltar alovlanıb, qadın termik yanıq və ağır bədən xəsarətləri alıb.

Kişiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin "e", "f" bəndləri ("Öldürməyə cəhd"), habelə 167-ci maddəsinin 2-ci hissəsi ilə ("Özgə əmlakını qəsdən məhv etmə, yandırma") cinayət işi açılıb.

Kişidən zərərçəkmişə dəymiş maddi ziyana görə 190 min rubl (3 min dollar) ödəməsi də tələb olunub - yanğın nəticəsində mənzilə ziyan dəyib.

0.1453709602356