29 il əvvəl törətdiyi qətli etiraf etdi

 

ABŞ-da Montana ştatının 59 yaşlı sakini gözlənilmədən Qərbi Virciniyada 29 il əvvəl törədilən qətli etiraf edib.

Milli.Az bildirir ki, bu barədə "True Crime Daily" məlumat yayıb.

Fahişə Liza Esteppin cəsədi 1993-cü ilin martında Hantinqtonda aşkar edilib. Qadın döyülərək güllələnib. İstintaq zamanı Rikki Vudi əsas şübhəli hesab edilsə də, polis onun qətldə iştirakına dair sübut tapa bilməyib. Təxminən bir il sonra Vudi o vaxtdan bəri yaşadığı Montana ştatının Billings şəhərinə köçüb.

2020-ci ildə Estepp qətli ilə əlaqəli olmayan bir işə görə Vudi həbs edilib. 2021-ci ildə dindirmələrin birində cinayətkar qəfildən Estepplə əlaqə saxlayan hansısa kişini tanıdığını bildirib və hadisənin bəzi təfərrüatlarını açıqlayıb. Bir müddət sonra Vudi qətldə birbaşa əli olduğunu etiraf edib.

Lizi Esteppin qətli ilə bağlı istintaq yenidən açılıb və 2022-ci ilin sentyabrında Vudi bu cinayətdə ittiham olunub. O, hazırda Yellouston dairəsində həbsdədir. Montanada adamın törətdiyi cinayətləri nəzərdən keçirdikdən sonra o, Qərbi Virciniyaya ekstradisiya edilib və orada qətl məhkəməsi başlayacaq.

0.15626692771912