Əslində nə baş verir?

 


Çingiz Şahbazi:

Aztv-nin açıq şəkildə Rusiya və İrana qarşı hücumları Azərbaycan hökumətinin mövqeyi kimi qəbul edilir. Azərbaycan dövləti istər Rusiya, istərsə də İranla olsun, balanslaşdırılmış siyasət həyata keçirib və bir çox məsələlərdə isə olub bitənləri görməzdən gəliblər. Bu siyasətin haqlı və haqsız tərəfləri var. Amma məsələ burasındadır ki, Rusiya və İran sözün həqiqi mənasında, bu qonşuluq və dostluq münasibətləri baxımdan yürüdülən siyasətə qorxaqlıq və zəiflik kimi başa düşüb və məhz bu səbəbdən uzərimizə gəlməyə başlayıblar. Hansı ki, hər iki ölkə kobud şəkildə beynəlxalq hüquqa zidd olaraq, istər xarici siyasətlərində, istərsə də daxili siyasətlərində olsun hər kəsə təhlükə olaraq bilinməkdədir. Məhz o üzdən hər iki ölkə dünyanın ən ciddi sanksiyalarına məruz qalıb. Belə bir vəziyyətdə olan və duruma düşən Rusiya və İranın Azərbaycanı hədəf alması bu ölkələrin psixoloji durumunun ağır olduğunu açıq şəkildə göstərməkdədir. Aztv-nin bu iki ölkəyə qarşı üsyan etməsi, işğalçı adlandırması, bu iki ölkənin məhz birlikdə ölkəmizə qarşı yürütdüyü çirkin siyasətin nəticəsi kimi başa düşülməlidir. Ölkəmizə qarşı olanlar və haqq işimizə mane olmaq istəyənlər, kim olur olsun nə olursa olsun, qarşısında Azərbaycan xalqının təpkisini və sərt etirazını görməlidir.

Demokratikmusavat.com

0.18843698501587