Ermənistanda yaşayan bir qrup İran vətəndaşı İranın İrəvandakı səfirlik binasını partlatmağı planlaşdırır.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bu fikirlərlə Ermənistanın “Aravot” qazeti çıxış edib.
“Adı hələ ki gizli saxlanılan İran vətəndaşı (M.A.) bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasına izahat yazıb. İzahata əsasən, onun tanışlarından biri də Ermənistanda olan İran vətəndaşı (Ş.Z.) olub. Onların planı İranın İrəvandakı Budaqyan küçəsi-1 ünvanında yerləşən səfirlik binasını partlatmaq olub.
Əsas məqsəd İranın Ermənistana qarşı dostluq ritorikasının yalnız hakimiyyət tərəfindən yeridildiyini bildirməkdir. Qrup üzvləri daha sonra Zəngəzurdakı yeni açılan konsulluq binasını da yox etmək niyyətində olduğunu bildiriblər”, - nəşr qeyd edib.