“Aztelekom”un baş direktorunun müavini işdən çıxarılıb

 


“Aztelekom” MMC-də kadr dəyişikliyi olub.

"Demokratikmusavat.com" xəbər verir ki, “Aztelekom” MMC-nin Baş direktorunun müavini Elman Həsənov vəzifəsindən azad edilib.

Məlumatı “Aztelekom” MMC-nin mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər.

Qurumdan bildirilib ki, E.Həsənov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daxilində başqa vəzifəyə təyinatı ilə əlaqədar olaraq 21.10.2022-ci il tarixindən etibarən “Aztelekom” MMC-dəki fəaliyyətini dayandırıb.

Elman Həsənov peşəkar fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində Baş direktorun müavini olaraq davam etdirəcək.

0.15108799934387