Türkiyənin yeni “Tayfun” ballistik raketi Yunanıstanı həyəcanlandırıb

 

“Roket Sanayi ve Ticaret A.Ş.” (ROKETSAN) tərəfindən hazırlanan “Tayfun” yerli raketi Rizədə sınaqdan keçirilib. Qurudan dənizə uzun məsafədən atışda “Tayfun” 561 kilometr uzaqlıqdakı hədəfi uğurla vurub. “Tayfun”un uğuru Yunanıstanda çaxnaşmaya səbəb olub. Belə ki, Yunan mətbuatı bütün Yunanıstanın vurula biləcəyi xəbərlərini yayınlamağa başlayıb. Uzun mənzilli yerli raket "Tayfun" Milli Müdafiə Nazirliyinin Rize-Artvin Hava Limanında yerləşən apronundan Sinop sahillərinə buraxılıb. Raket 561 kilometr məsafədəki hədəfi 458 saniyəyə uğurla vurub. Bu günə qədər ən uzun mənzilli raket sistemi olsa da, bir neçə atışla daha sınaqdan keçirilməsi gözlənilən raketin qısa müddətdə inventarlaşdırılacağı gözlənilir.

Demokratikmusavat.com xəbər verir ki, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sınaqdan uğurla çıxan “Tayfun” raketi Müdafiə Nazirliyinin, ordunun silahlanmasında yer alması üçün müvafiq təqdimat edilib. Raketin müfəssəl texniki xüsusiyyətləri açıqlanmasa da mətbuata verilən məlumata görə, roket 500 kilometrdən bir qədər çox məsafədə hədəfi məhv etmək imkanına malikdir.

“Ümumiyyətlə, Türkiyənin son 10-15 il ərzində müdafiə sənayesi kompleksində həyata keçirdiyi layihələr təqdirə layiqdir. Bu, Türkiyədə müdafiə sənayesi sahəsinin liberallaşdırılması nəticəsində həyata keçirilən, əldə olunan irəliləyişdir. Müdafiə sənayesi sektoru artıq bir qədər liberallaşdırılıb və bu sahəyə marağı olan və yaxud bu sahəyə bilgisi olan istənilən şəxs və iş adamı müdafiə sənayesi sahəsində şirkət və müəssisə yarada bilər” - deyə Ramil Məmmədli qeyd edib. Onun sözlərinə görə, ümumiyyətlə “Roketsan” şirkəti son 20 ildə dünyada bu sahədə sürətlə inkişaf edən şirkətlərdən biridir.

Ekspert hesab edir ki, Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğur, bu onun ona müttəfiq olan, dost olan digər ölkələrə də müsbət mənada öz təsirini göstərəcək. O, cümlədən Azərbaycan “Roketsan” şirkətini, Türkiyənin bu uğurlarından istifadə edə biləcək.

“Əslində, artıq bu istiqamətdə çox ciddi addımlar atılıb. Azərbaycanın silahlı qüvvələri ilə “Roketsan” şirkəti arasında bir çox layihələr həyata keçirilib. Mən çox istəyərdim ki, Azərbaycanla Türkiyə müdafiə sənayesi kompleksi, müdafiə sənayesi şirkətləri arasında müştərək layihələrin həyata keçirilməsi istiqamətində də ciddi addımlar atılsın və bütün bu birgə layihələr yalnız və yalnız regionda sülhün və əmin-amanlığın bərqərar olunması üçün düzgün atılan addım ola bilər. Həmçinin, müdafiə sənayesi sektorunun ümumiyyətlə inkişafı, silah və hərbi təyinatlı digər vasitələrin istehsalı dövlətlərin iqtisadi inkişafinada müsbət təsir edir.

Məsələn, Türkiyə bu istiqamətdə çox ciddi uğur əldə etməyə başlayıb. Vaxtilə Türkiyə əsasən, turizm sahəsində öz büdcəsini doldururdusa və büdcə gəlirlər əsasən oradan gəlirdisə, artıq müdafiə sənayesi kompleksi də bu istiqamətdə çox ciddi addımlar ata bilib. Bu gün Türkiyənin dövlət büdcəsinin, əldə olunan gəlirin təxminən 20 faizdən çoxu məhz müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin, istehsal müəssisələrin payına düşür” - deyə ekspert bildirib. O, qeyd edib ki, “Roketsan” şirkətinin “Tayfun” raketi isə ümumiyyətlə regionda bəzi bu sahədə olan, bazarda olan bəzi tələblərin dəyişəcək.

Məsələn, Azərbaycan illər əvvəl, 5-6 il bundan əvvəl məhz bu məsafədə hədəfi məhv edə bilən taktik raket kompleksini almaq istəsədə bu mümkün deyildi, buna olmaq olmurdu. Yalnız, Rusiyanın “İskəndər” taktik raket komplekslərini əldə etmək olardı. Bu isə, Azərbaycana verilmədi. “Azərbaycan məcburiyyət qarşısında qalaraq, Belarusiyadan “Polonez” raket kompleksini satın ala bildi. Dost, qardaş ölkənin belə bir uğura imza atması, Azərbaycanında müdafiə imkanlarının güclənməsi deməkdir” - deyə Ramil Məmmədli bildirib.

0.15567398071289