Bakıda yas yerində 2021-ci ilin iyulun 12-də Elnar Qədimovu öldürən Bəhruz Mehrəliyevə hökm oxunub.
Belə ki, Bəhruz Mehrəliyev 2005-ci ildə Bakıda anadan olub. O, əvvəllər məhkum olmayıb. Bəhruz Mehrəliyəv əmisi Bəhrəm Mehrəliyevin həyat yoldaşı Mərcan Mehrəliyevanın ərinin ölümündən bir il keçməmiş evində usta işləyən Elnar Qədimovla yaxın münasibətdə olmasını bilib.
O, bunu ailəsinin şərəf və ləyaqətinin alçaldılması kimi hesab edib. Daha sonra Bəhruz Elnarı öldürmə qərarına gəlib.
İyulun 12-si saat 21 radələrində əmisinin ölümünün il dönümünə həsr olunmuş yas mərasiminə gələn ustanın Mərcan Mehəliyevaya qaş-göz etməsini gördükdən sonra Bəhruz yataq otağına gedib və oradan qatlanan məişət təyinatlı bıçağını götürüb. Daha sonra Elnarın əyləşdiyi masaya gələrək qətl üçün əlverişli məqamı gözləyib və onu öldürüb.
Xatırladaq ki, Elnar Mədinənin ərinin ildönümündə ona belə bir mesaj yazıbmış: “Allah rəhmət eləsin, aşkım”...
Qeyd edək ki, Bəhruz Mehrəliyev 9 il azadlıqdan məhrum edilib.
Daha ətraflı Baku TV-nin süjetində: