Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşüb - VİDEO

 

Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib.

Məlumata görə, sakinlər arasında itki yoxdur.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb. Hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb. 

0.64140295982361