Suriyanın şimalında İŞİD silahlıları ələ keçirildi

 

Suriyanın şimalındakı Əl-Bab bölgəsində İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı 4-ü təşkilatın lideri olmaqla 9 terrorçu ələ keçirilib.

Demokratikmusavat.com ” xəbər verir ki, əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarm qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Kəşfiyyat terrorçuların yaxın gələcəkdə Əl-Bab və Türkiyəyə hücumlar hazırladığını öyrənə bilib.

Saxlanılanlar arasında "Əbu Musxab" kod adlı xüsusi təhlükəli İŞİD terrorçusunun köməkçisi də var.

Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib.

0.14877986907959