Dilçilikdə semantik paralelizm

 



Həsən Əliyev:
Yeni dilçilik nəzəriyyəsi cığırları...”Qığılcımdan alov törər...”
Ən qədim insanlarda nitqin təşəkkülü ictimai yaşam tərzinin məhsulu kimi təqdim olunur.Bu doğru bir fikirdir.İnsanlar dili biri-birlərindən birgə yaşayış zəminində öyrənirlər.Yəni insan hansı dilin mühütündə yaşasa, o dildə danışmağı öyrənəcəkdir.Hər bir xalqın özünə məxsus dili vardır.Qohum xalqların dilləri oxşar olsa belə, onlarda da fərqlilik vardır.Hər bir xalq dilində olan sözləri öz məntiqi təsəvvürləri ilə yaratmışlar.
Maraqlı və sirlidir ki, məsafəcə biri-birindən min kilometrlərlə uzaqda yaşayan xalqların dilində olan sözlərin yaranmasında olan məntiqi oxşarlıq paralelizmi tam olaraq sezilməkdədir.Onlar arasında heç bir rabitə, nəqliyyat vasitəsi olmadığı halda dildə bunlar necə baş vermişdir?
Bu sualdan belə nəticə çıxarmaq mümkündür ki, nitq tək ictimai hadisə deyil, həm də Tanrının insanlara bəxş etdiyi idrakın məhsuludur.Həqiqətən də Allah bütün canlıların əşrəfi insanı yaratdı.
Bir neçə nümunəyə diqqət yetirək.Türkköklü xalqların dilində olan “göz”, “gözlük” və “güzgü” sözlərininin hamısı “göz” məfhumunundan yaranmışdır. Bu oxşarlığı bir neçə dildə müqayisə edək.Ərəb dilində: “eyn”, “eynək”, “ayna”; latın dilində: “oculus”, specula”, “speculum”; ingilis dilində: “glasses”, “glass”; fars dilində: “çeşm”, “çeşmək”, “ayna”; (ərəb dilindən götürüldüyünə görə öz sözləri arxaikləşib) çin dilində: “yanjinq”, yanjinq, jinqzi” və s.
Əgər göstərilən dillərdəki sözlərə diqqətlə baxsaq, aydın olacaqdır ki, sözlərin hamısı Ulu dildən və Ulu Tanrı təsəvvürü olan “ka” məfhumundan yaranmışdır.Türk dillərində “gö+z”; latın dilində “o+cu”;(səs artımı-proteza) ingilis dilində “gl”(latın dilindəki “oculus” sözünün “c-g və sait düşümü ilə g+l-c+c; s-z);ərəb dilində qədim qibti tanrıçılığından gələn “eyn”-“qoşa” mənasında tanrı təsəvvüründə Tanrının “qoşa buynuzlu” olması inancından yaranıb, sonralar unudulmuş tanrı adlarındandır.Əgər biz türklərin “tanrı” adına baxsaq eyni “tən-iki”, latın mənşəli “Deus-deo”-“iki” sözünü, fars dilində “xuda” sözündə “du”-“iki” sözünü görərik.Qədim türk dilində olan “iki” sözünün özü “ka” tanrısının əvvəlinə artıtılan “i” saiti ilə yaranmışdır
Dilçiliyin paralel müqayisəli təhlilindən aydın olur ki, nitqin yaranmasında Ulu dillə Ulu Tanrıçılıq biri-birilə vəhdətdədir.
P.S.Fikirləşirəm ki, mən yazdıqlarımı hansısa tanınmış bir dilçi alim yazsaydı, Allah bilir əks-sədası haralardan gələrdi?.Mənim səsim isə yəqi ki “sonra” çıxacaq.Əsas odur ki, “səsin gəlsin”.Almanlar demişkən:“Alles gut, ende gut!”-“Əsas odur ki, axırı yaxşı olsun!”
İnanın ki, bu yazıların ilk oxucuları Sizlərsiniz.Təşəkkür edirəm.
Demokratikmusavat.com

0.16512799263