"Sol tərəfdə olduğu üçün ürəkdə sıxıntım var idi. Ağrı vermir, səni incitmir, öz işini görür, sonra canını alır".
Bu sözləri Əməkdar artist Kubra Əliyeva "ATV səhər" proqramında deyib. Süd vəzi xərçəngindən əziyyət çəkən aktrisa xəstəliyə qalib gəldiyini deyib:
"İki, üç gün narahatçılıq hiss etdim. Gəlib, əməliyyat olunub, həmən xilas olmaq istədim. Əməliyyatdan sonra sevindiyimdən elə bilirdim dünya mənimdir, heç xəstəlik məndə olmayıb. Qorxmaq lazım deyil. Öz fsadını bədənində göstərmədən, onu kəşf edin. Kəşf etsəniz, qalib gələcəksiniz".