Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.
“Demokratikmusavat.com ” xəbər verir ki, 1966-cı il təvəllüdlü Fuad Quliyev tanışı, 1973-cü il təvəllüdlü Rövşən Bəybala oğlu İsmayılovu bıçaqlayıb. Daha sonra o, yaşadığı evə qayıdaraq 84 yaşlı atası Həmidi döyüb.
Xəstəxanaya yerləşdirilmiş R.İsmayılovun vəziyyəti orta-ağırdır.
F.Quliyev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.