“Anam atamdan sonra yaşamaq istəmədi, heç 9 ay keçmədi...”

 
Oktyabrın 9-da Honkonqda vəfat edən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın nəşi Azərbaycana gətirilib. 
 
Demokratikmusavat.com ” xəbər verir ki, vida zamanı onun qızı Canana Süleymanlı anası ilə bağlı danışıb: “Avqustun 14-də Honkonqa getdik. Bir ay orada çox gözəl vaxt keçirdik. Sentyabrın 26-da qayıtmalı idik. Elə həmin gün anamın halı pisləşdi. Düz 10 günə o vəfat etdi.
 
Onun mənə son sözü “uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxartma” oldu. Böyrəklərinə görə ürəyi dayandı. Bütün orqanları birdən fəaliyyətini dayandırdı. Biz belə fikrə gəlmişik ki, atamın ölümündən sonra anam yaşamaq istəmədi. Heç 9 ay keçməmişdi atamın ölümündən. Anam ömrü boyu güclü adam olub. İstəsəydi yaşaya bilərdi deyə düşünürəm”. 
 
Qeyd edək ki, bəstəkar Yasamal qəbiristanlığında dəfn ediləcək.
 
 
0.13067293167114