"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

 

İtaliyada "Napoli" və Niderland "Ayaks"ı arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyunu öncəsi azarkeşlər arasında insident baş verib.

"Demokratikmusavat.com" xəbər verir ki, qonaq komandanın tərəfdarlarından biri məskunlaşdığı otelin qarşısında neapollu fanatın bıçaqlı hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli xəsarətlər alan azarkeş dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

0.43095111846924