İsrailə casusluq edən şəxsi həbs edildi

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) casusluq fəaliyyəti ilə məşğul olan şəxsi həbs edib.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Kirman əyalətinin baş prokuroru İbrahim Həmidi bildirib.

“Kirmanda SEPAH bir nəfəri İsrail kəşfiyyat xidmətləri üçün casusluq ittihamı ilə həbs edib”, - Həmidi bildirib.

O qeyd edib ki, təqsirləndirilən şəxslər Kirman əyalətində bir sıra təxribat xarakterli aksiyalar həyata keçirmək niyyətində olublar.

0.12682700157166