Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

 

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

Demokratikmusavat.com xəbər verir ki, Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupun 2-ci turunda Yunanıstanın qonağı olub. Afinadakı qarşılaşma Azərbaycan yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan ötən tur evdə Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.

0.12078404426575