Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarovun iştirakı ilə “Ala-Arça” dövlət iqamətgahında görüş başlayıb.
“Demokratikmusavat.com ” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, görüş Prezident İlham Əliyevin təntənəli qarşılanma mərasimindən sonra başlayıb.
Görüşün yekunu olaraq bir sıra sənədlər imzalanacaq, dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.